BAKI, 28 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Putin və Makron arasında telefon danışığın baş tutması haqqında məlumatı ilk öncə Yelisey Sarayı yayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Makron danışıqlarının keçirildiyini təsdiqləyib.
Yelisey Sarayının məlumatında isə Makronun Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar apardığı qeyd olunub.
Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə isə deyilir ki, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafında vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar.
“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan uzun telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyətin bütün aspektləri üzrə ciddi və hərtərəfli fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: