BAKI, 27 fevral - Sputnik. Ukrayna prezidneti Vladimir Zelenski Belarusda Rusiya-Ukrayna görüşünün nəticələrinə “çox da inanmadığını” deyib.
“Açığını deyim ki, həmişə olduğu kimi, mən bu görüşün nəticəsinə inanmıram, amma cəhd etsinlər. Qoy sonradan heç bir Ukrayna vətəndaşı şübhə etməsin ki, mən prezident kimi azacıq şans olanda belə müharibəni dayandırmağa cəhd etməmişəm”. - deyə Zelenski müraciətində bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirmişdi ki, Ukrayna Qomel vilayətində danışıqlara dair razılığa gəlib. Nəticədə Rusiya nümayəndə heyəti ora gedib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ilə Zelenski arasında telefon danışığı olub.
Sputnik Belarus xəbər verir ki, Rusiya ilə Ukrayna arasında danışıqların aparılacağı yer Aleksandrovka-Vilça keçid məntəqəsi olacaq.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: