BAKI, 27 fevral - Sputnik. İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Bu barədə İtaliya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Niderland və Fransa da öz hava məkanını bağlayacaq.
"Fransa Rusiya təyyarələri və aviaşirkətlərinə hava məkanını bağlayır". Bu barədə Fransa nəqliyyat naziri Jan-Batist Cebbari Twitter-də paylaşım edib.
Nazir bu gün axşamdan hava məkanının Rusiya üçün bağlanacağını bildirib.
Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.
Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: