RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı - VİDEO

Dövlət başçısı, həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.
Sputnik
BAKI, 25 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti ələ almağa çağırıb.
Bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi onlayn konfransda bildirib.
Dövlət başçısı, həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.
Daha əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyev hakimiyyəti Ukrayna paytaxtının yaşayış məntəqələrində “Qrad” qurğuları yerləşdirib.
Bir gün əvvəl V.Putin Donbasda xüsusi hərbi əməliyyat keçirəcəyini açıqlayıb. O, əmin edib ki, Moskvanın planlarına Ukraynanın işğalı deyil, yalnız onun demilitarizasiyası daxildir.
Rusiya XİN rəhbəri Sergey Lavrov isə deyib ki, heç kim Ukraynanı işğal etmək niyyətində deyil.
Lavrov bildirib ki, Ukrayna xalqı azad olmalıdır, hakimiyyət bütün xalqı təmsil etməlidir, Rusiyanın istəyi budur:
"Müasir Ukraynanın xalqları öz talelərini azad şəkildə müəyyən etməlidirlər. Ümid edirik ki, Donbasın Kiyev tərəfindən iqtisadi blokadası artıq geridə qalıb. Qərb sırf öz maraqlarından çıxış edərək Donbasda insan haqlarının pozulmasına göz yumurdu".
Eləcə də oxuyun:
* Rusiya Ukraynanın hərbsizləşdirilməsini təmin edəcək - Lavrov
* Zelenskinin ofisi: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
* SOCAR-ın Ukraynadakı şirkətindən açıqlama: Fasilələr ola bilər
* Ukraynadakı azərbaycanlılara XİN və konsulluqdan müraciət
* Peskov Ukraynanın danışıqlara hazır olması barədə