BAKI, 25 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.
Onlar, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Eləcə də oxuyun: