BAKI, 23 fevral — Sputnik. Rusiya ilə Ukrayna arasındakı gərginliyin hələlik Eurovision Mahnı Müsabiqəsinə təsiri yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa Yayım Birliyinin (EBU) yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, hər iki ölkə Turində keçiriləcək Avroviziyada yer alacaq.
EBU hazırda Ukraynaya hücumdan sonra Rusiyanı diskvalifikasiya etmək fikrində deyil. Bildirilib ki, "Avroviziya" musiqi vastiəsilə ölkələri birləşdirən qeyri-siyasi mədəni tədbirdir. Rusiya və Ukrayna nümayəndələri bu il Turində olacaqlarına söz veriblər.
Digər tərəfdən, Ukraynanın dövlət kanalı "UA:PBC" Avropa Yayım Birliyini Rusiyanın dövlət kanalının yayımını dayandırmağa və Avroviziyada iştirak etməməyə çağırıb.
Qeyd edək ki, "Avroviziya-2022" mahnı müsabiqəsinin Ukrayna təmsilçisi milli seçim turunda ikinci olan "Kalush Orchestra" qrupudur. Qrup yarışmada "Stefania" adlı mahnını oxuyacaq. Rusiyanı təmsil edəcək şəxsin kimliyi bəlli deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: