AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qaxda meşə yanğını söndürülüb - VİDEO

Fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazi və küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsi prosesinin mürəkkəbləşməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının məhdudlaşdırılması mümkün olub. Hazırda yanğının tam söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
Xatırladaq ki, fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Həmçinin oxuyun:
İlisu Dövlət Qoruğunda yanğın: Təbiət məhv olmaqdadır