İQTİSADİYYAT

Ölkədə yeni kartof sortu yetişdirilib

"Qələbə" sortu, həmçinin digər kartof sortlarına nisbətdə ziyanvericilərə qarşı daha dözümlüdür
Sputnik
BAKI, 15 fevral — Sputnik. Azərbaycanda daha bir yeni kartof sortu yetişdirilib. Sputnik Azərbaycan Milli.az saytına istinadla xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
O bildirib ki, yeni ixtira olunan kartof sortu artıq şəhadətnamə alınma ərəfəsindədir^
""Yeni kartof sortu "Qələbə" sortu adlandırılıb. Kartof sortu Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin şərəfinə adlandırılıb. Bu sortun məhsuldarlığı əvvəlki kartof sortlarından yüksəkdir. Bununla yanaşı, "Qələbə" sortu, həmçinin digər kartof sortlarına nisbətdə ziyanvericilərə qarşı daha dözümlüdür. Kartof sortu yerli şəraitə tam uyğunlaşdırılıb. Yeni sort artıq təcrübə üçün əkilib və normal nəticə verib", - deyə direktor bildirib.
Qeyd edək ki, 2021-ci ildə sahələrdən 1 milyon 62,0 min ton və ya 2020-ci ilə nisbətən 2,3 faiz çox kartof yığılıb.
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında kartof idxalı 19,9 faiz artıb. Kartof ixracı da 12.9 faiz artıb.
2020-ci ildə kartof istehsalının 16.9 faiz Cəlilabad, 16.8 faizi Tovuz, 16 faizi Şəmkir, 12.1 faizi Gədəbəy, 3.1 faizi Qazax, 3.0 faizi Qusar rayonlarının, 4.9 faizi isə Naxçıvan Muxtar Respublikasının payına düşüb.
Kartof
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının Reyestrində kartofun Radomışlskiy, Nevski, Sevinc, Laymdota, Ukrainskiy rozovıy, Əmiri-600, Filea, Solora, Nora, Aqriya, Laura, Marabel, Mona Liza, Spunta, Arinda, İmpala, Telman sortlarının rayonlaşdırılması göstərilmişdir. Bunlardan yalnız 3-ü Sevinc, Əmiri-600 və Telman sortları yerli sortlardır. Perspektivli sortlardan Zanra, Tatyanka, Vilya, Svitanik, Perla, Zila, Mavka, Belladona, Oqonyok, Neptun, Lileya və s. göstərmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Çiçək, çiçək, "Ağ çiçəyim"... Gədəbəy kartofunun adı qalıb
Cəlilabadda payızlıq əkilən kartofun məhsuldarlığı boldur
İrandan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb