BAKI, 14 fevral – Sputnik. Müğənni Nigar Camal Sevgililər Günü pərəstişkarlarına hədiyyə edib - “Gəl, qucaqla məni” adlı yeni mahnısını paylaşıb.
Mahnının müəllifləri Leyli və İsmayıl Əsədovlardır. Klipi Eko Ağalarov çəkib. Mahnı bütün sevən cütlüklərə həsr olunub.
“Bu gün bütün dünyada Süvgililər Günü qeyd olunur. Birinə sevgini bildirmək üçün gərək onu qucaqlayasan. Sevdiyin adamı qucaqlayanda özünü dünyanın ən xoşbəxti hiss edirsən. Hər kəsə ikinci yarısını tapmağı arzulayıram. Sevin, sevilin, bir-birinizi daha çox qucaqlayın”, - Nigar Camal deyib.
2011-ci ildə “Avroviziya” mahnı müsabiqəsində qalibiyyətindən sonra Nigar Camal bütün dünyada tanındı. O hazırda yaradıcılığını davam etdirir. Hətta filmə də çəkilib.
Bu günlərdə Nigar Camal həmkarı Eldar Qasımovla Polşanın “Avroviziya-2022” yarışındakı iştirakçısını müəyyən etmək üçün seçimlərə qatılacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: