Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Paşinyanın əsas vəzifəsi Zəngəzuru itirməməkdir - ekspert sərhəd danışıqları haqda

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində yeganə beynəlxalq hüquqi sənəd 1921-ci ildə bağlanmış Qars sülh müqaviləsidir.
Sputnik
BAKI, 13 fevral – Sputnik. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası dağıldıqdan sonra onun sərhədləri bir neçə dəfə yenidən baxılaraq dəqiqləşdirilib – 1936-1937, 1950-ci illərin əvvəlləri, 1970-ci illərin ortaları və 1980-ci illərin əvvəllərində.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə bəyanatını şərh edən politoloq Oleq Kuznetsov bildirir ki, hər dəfə sərhədlərin dəyişməsi Ermənistan ərazilərinin Azərbaycan torpaqları hesabına genişlənməsi ilə nəticələnib.
Siyasətçi xatırladıb ki, müstəqil dövlət qismində Azərbaycanla Ermənistan arasında sərhədlər ilk dəfə 1921-ci ildə Qars sülh müqaviləsi zamanı müzakirə predmeti olub. O vaxt bu dövlətlər Azərbaycan Sovet Sosialist Respublikası və Ermənistan Sovet Sosialist Respublikası adlanırdı.
1921-ci il oktyabrın 13-də imzalanmış və 1922-ci il sentyabrın 11-də qüvvəyə minmiş Qars sülh müqaviləsi təsbit edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında dövlət sərhədləri yerində müəyyənləşdirilərək təyin olunmalıdır və bu qərar da yerinə yetirilib.
1922-ci il dekabrın 30-da bütün Cənubi Qafqazı – Azərbaycan, Ermənistan və Gürcüstanı ehtiva edən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası quruldu.
“Bu siyasi-dövlət təsisatı çərçivəsində də iştirakçı ölkələr arasında ilk inzibati bölgülər aparılıb, 1925-ci ildə isə ZSFSR-in inzibati ərazi bölgüsünün xəritəsi hazırlandı. O xəritəni bu gün Rusiya dövlət kitabxanasının xəritə fondunda (Paşkovun evi), ya da Rusiya dövlət tarix kitabxanasının xəritə fondunda görmək olar”, - Kuznetsov deyib.
Onun sözlərinə görə, sonralar bu sərhədlərə yenidən baxılaraq dəqiqləşdirildi: 1936-1937-ci illərdə, ZSFSR dağılıb, Cənubi Qafqazdakı respublikaların birbaşa SSRİ-yə daxil olduğu vaxt, eləcə də 1950-ci illərin əvvəllərində, 1970-ci ilərin ortalarında və 1980-ci illərin əvvəllərində.
Sputnik-in həmsöhbəti vurğulayır ki, bütün bu dəyişikliklər isə həmişə Ermənistan ərazisinin Azərbaycan torpaqları hesabına lokal genişlənməsinə səbəb olub.
Son mərhələ kimi Azərbaycan və Ermənistan SSR arasında sərhəd xətti 1984-cü il yanvarın 1-də müəyyənləşib, ekspert deyir. Onun fikrincə, hal-hazırda rəsmi Yerevan məhz bu sərhədə qayıtmağı xəyal edir.
Kuznetsov deyir ki, eyni zamanda Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində yeganə beynəlxalq hüquqi sənəd 1921-ci ildə bağlanmış Qars sülh müqaviləsi olub və indi də odur, yeganə beynəlxalq tanınmış sərhəd isə - həmin müqavilə əsasında təyin edilmiş, Azərbaycan və Ermənistanın ZSFSR-in tərkibinə daxil olduqları zaman mövcud olan sərhəd xəttidir.
Yerevanın Azərbaycan-Ermənistan sərhədini nə üçün SSRİ vaxtının xəritələri ilə müəyyənləşdirmək istəyi çox sadədir. Kuznetsov deyir ki, Ermənistranın siyasi rəhbərliyi hazırda bu xəritələr baxımından mübahisəli sayılan bütün əraziləri verməyə real olaraq hazırdır, çünki Ermənistanın onsuz da o torpaqları əlində saxlamayacağını gözəl anlayır.
Bu gün Paşinyanın əsas geosiyasi vəzifəsi 1920-ci il dekabrın 1-də Azərbaycandan Ermənistana verilmiş Zəngəzuru itirməməkdir. 1920-ci ildə Ermənistana verildiyindən həmin ərazi ZSFSR-in xəritələrində Ermənistan ərazisi kimi göstərilir.
Yerevanda gözəl anlayırlar ki, Azərbaycan Zəngəzura iddiasında Türkiyənin xarici siyasi dəstəyindən məhrum ola bilər, politoloq deyir, çünki Türkiyə Qars müqaviləsi ilə Rusiya imperiyasının Batumi nahiyəsinin cənub hissəsini özünə birləşdirib.
Bu səbəbdən, əgər Azərbaycan Qars müqaviləsinin şərtlərini pozaraq Ermənistanın hazırda əlində saxlamaq üçün gücü və vəsaiti qalmadığı Zəngəzuru qaytarsa, o zaman Türkiyə də birtərəfli qaydada Gürcüstana 100 il əvvəl aldığı əraziləri qaytarmalı olacaq.
“Türkiyə, təbii ki, öz ərazi bütövlüyünü qorumağa çalışacaq və çətin ki, öz xeyrinə olmayan belə torpaq dəyiş-düyüşünə razı olsun, ona görə də Zəngəzura iddiasında Azərbaycanı dəstəkləməyə bilər”, - Kuznetsov deyir.
Ancaq onun sözlərinə görə, bu təşəbbüsdə sərhəd xətti barədə müzakirələri mənası danışıqlara çevirə biləcək sırf “texniki” aspekt də var:
“Erməni tərəfindən danışıq iştirakçılarının gələcəkdə bu danışıqları tamamilə mənasız etmək məqsədilə dövlət sərhədinin delimitasiya və demarkasiyasını sovet Qafqazının məhz hansı ildəki xəritələri üzrə aparılması məcrasına yönəltmək cəhdlərini də istisna etmək olmaz.
“Şəxsən mən dövlət sərhədi barədə danışıqlarda Yerevan tərəfindən məhz belə “Troya atı”nın ortalığa atılma imkanını istisna etmirəm. İndi müzakirə etdiyimiz təşəbbüs isə sadəcə rəsmi Bakının mövqelərini yoxlamaq cəhdidir”, - Kuznetsov yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Ermənistan Azərbaycanla dəmir yolunu açmağa razılaşıb
* Paşinyanın açıqlaması ilə kütləvi məzarlıqların tapılması üst-üstə düşüb - Azərbaycan XİN
* Azərbaycan və Ermənistan sərhədi məsələsində yeni proses
* Qriqoryan: MDB haqqında saziş çərçivəsində tərəflər sərhədləri tanıyıb