RUSİYA

Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova

Zaxarovanın sözlərinə görə, ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir.
Sputnik
BAKI, 12 fevral - Sputnik. ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.
“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - deyə Zaxarova bildirib.
O vurğulayıb ki, Bloomberg, Der Spiegel istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur.
"Amma görünür, maydanların ideoloji ilhamvericiləri Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər" - deyə Zaxarova əlavə edib.
Xatırladaq ki, fevralın 12-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Lavrov vurğulayıb ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı “Rusiyanın təcavüzü” ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat məqsədi daşıyır.
Bu, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və “Donbass problemini” güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir:
“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və zərbə silah sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir.
Vurğulanıb ki, ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində bu məsələlər dayanacaq”.
Sergey Lavrov Avro-Atlantik regionda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.
Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bəzi aktual məsələlərinə də toxunublar. Xəbəri APA tərcümə edib.
Həmçinin oxuyun:
ABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıb
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladı
Putinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib