RUSİYA

Putinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib

Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün şənbə günü rusiyalı həmkarı Vladimir Putinlə bir saat 40 dəqiqə danışıb.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Frans-Press agentliyi Yelisey sarayına istinadla məlumat yayıb.
Qeyd edilir ki, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər:
"Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün şənbə günü rusiyalı həmkarı Vladimir Putinlə bir saat 40 dəqiqə danışıb".
Makron bu həftə Moskvaya səfər edib. Rusiya və Fransa liderləri arasında görüş 5 saat davam edib. Əsas müzakirə mövzusu Avropada təhlükəsizliyin təmin edilməsi problemi olub. Ertəsi gün Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Makron Rusiya ilə dialoqu zəruri hesab edir
Putin Avropada təhlükəsizlik məsələlərinin həllində iştiraka görə Fransaya təşəkkür edib
Makronun Moskva ümidləri bəraət qazanacaqmı?