Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Avropada təhlükəsizlik məsələlərinin həllində iştiraka görə Fransaya təşəkkür edib

© REUTERS / Murad SezerVladimir Putin və Emmanuel Makron
Vladimir Putin və Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Rusiya Federasiyasının prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşüb.
BAKI, 7 fevral - Sputnik. Avropada təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi Moskva və Parisin ümumi narahatlığına əsas verir.
APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşdə bildirib.
Putin həmçinin Avropada təhlükəsizlik məsələlərinin həllində fəal iştirakına görə Fransaya təşəkkür edib.
Öz növbəsində Fransa prezidenti bildirib ki, Avropada təhlükəsizlik və sabitlik üçün başlıca vasitə dialoqdur: “Biz tam və açıq dialoqun təməlini 2019-cu ildə qoymuşuq. Dialoq heç zaman indiki qədər aktual olmayıb. Yalnız dialoq Avropa qitəsində sabitlik və təhlükəsizliyi təmin edə bilər” – deyə Makron vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0