TƏHSİL

Azərbaycan təhsilinin qlobal reytinqdə yeri bəlli olub

Reytinqin liderləri ABŞ (1-ci yer), Böyük Britaniya (2-ci yer) və Almaniyadır (3-cü yer). Ən zəif mövqe isə Qvatemaladadır (78-ci yer).
Sputnik
BAKI, 8 fevral — Sputnik. Azərbaycan 2021-ci ildə təhsil üzrə qlobal reytinqdə 78 ölkə arasında 65-ci yerdə qərarlaşıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə "U.S. News & World Report" hesabatında deyilir.
Reytinqdə iştirak edən MDB ölkələri arasında Azərbaycan yalnız Qazaxıstanı (71-ci yer) və Özbəkistanı (72-ci yer) ötüb.
Azərbaycandan daha yaxşı mövqelərdə Rusiya (23-cü yer), Ukrayna (40-cı yer) və Belarus (52-ci yer) qərarlaşıb.
Reytinqin liderləri ABŞ (1-ci yer), Böyük Britaniya (2-ci yer) və Almaniyadır (3-cü yer). Ən zəif mövqe isə Qvatemaladadır (78-ci yer).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
AMEA və universitetlər elmə nə verir?
Universitetlərə qarşı səlib yürüşü?!