ELM

AMEA və universitetlər elmə nə verir?

© Depositphotos.com / WavebreakmediaAlim
Alim - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Azərbayanda nəşr olunan elmi məqalələrin 55-60 faizi universitetlərin payına düşür. Ekspertlər hesab edirlər ki, elmi nailiyyətlər əldə etmək üçün ilk olaraq elmə baxış dəyişməlidir.
BAKI, 7 fevral — Sputnik. Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Azərbayan Milli Elmlər Akademiyasının ləğvinin gündəmə gətirilməsidir. Artıq bir müddətdir ki, AMEA ilə bağlı bu müzakirələr davam edir. Əsas sual isə budur: AMEA Azərbaycan elminə nə verir?
Millət vəkili Fazil Mustafa AMEA-nın sosial müavinət xarakteri daşıyan sistem olduğuna diqqət çəkərək ölkədə elmi tədqiqatların aşağı səviyyədə olduğunu vurğulayıb. O, Azərbaycanda normal universitet və tədqiqat mərkəzlərinin olmaması probleminə də toxunub. Qeyd edib ki, universitetlərdə islahatların aparılması vacibdir.
Fazil Mustafa AMEA-da islahatların keçirilməsinin önəmli olduğuna diqqət çəkərək bildirib ki, hazırkı şəraitdə AMEA elmi potensialı hərəkətə gətirən imkana sahib deyil.
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AMEA Azərbaycanda ən böyük elmi müəssisədir. AMEA dövlət büdəsindən maliyyələşsə də, müstəqillik dövründə heç bir fundamental araşdırma aparmayıb. Heç ali məktəblər tərəfindən də belə araşdırmalar aparılmayıb. Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi yaradıb AMEA-nı ora birləşdirmək olar.
Ekspertin fikrincə, hazırda ölkədə normal elmi iş görə biləcək mütəxəssislər də yetişdirilmir. Əgər belə olsaydı, indi Azərbaycan elminə görə inkişaf etmiş ölkələr sırasında olardı.
Digər təhsil eksperti Elçin Süleymanovsa hesab edir ki, AMEA-da yenilənmələrə ehtiyac var. Dünyada elmi tədqiqat işlərinin əhəmiyyətli hissəsi ali təhsil müəssisələrində həyata keçirilir:
"Deməzdim ki, AMEA lazımsız qurumdur. Sadəcə fəaliyyəti daha da təkminləşdirilməlidir. Dünyanın elmi-tədqiqat institutları ilə əməkdaşlıq edilməlidir, daha çox islahatlar aparılmalıdır. Elm mühiti sərbəstlik, azadlıq istəyir. Elmi işçilərin sırf öz fəaliyyəti ilə məşğul olmasına şərait yaradılmalıdır, onların tədqiqat və xarici dil bacarıqları daha da artırılmalıdır".
Süleymanovun sözlərinə görə, Azərbayanda nəşr olunan elmi məqalələrin 55-60 faizi universitetlərin payına düşür. Elmi nailiyyətlər əldə etmək üçün ilk olaraq elmə baxış dəyişməlidir:
"Elmi tədqiqatların maliyyələşməsi, kommersiyalaşması, burada çalışanların maddi vəziyyətinin yaxşılaşdırılması önəmlidir. Bundan başqa, məhsuldar və qeyri-məhsuldar alimlər bir-birindən fərqləndirilməlidir. Tədqiqatlara görə böyük mükafatlar olmalıdır ki, motivasiya olsun. Gənclərin də elmi işlə məşğul olmasına şərait yaradılmalıdır, onlar normal əmək haqqı ilə təmin olunmalıdır".
Ekspertlər deyirlər ki, Azərbaycan universitetlərinin reytinq səviyyəsi də dünya ölkələrinin universitetləri ilə müayisədə çox aşağıdır.
Azərbaycan universitetlərinin dünyadakı reytinq dərəcəsi ilə bu linkdən tanış olmaq mümkündür: https://www.webometrics.info/en/europe/azerbaijan
Xəbər lenti
0