CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Türkiyə prezidentinə zəng edib

Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanım adından təşəkkürünü bildirib.
Sputnik
BAKI, 5 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulamış və şəfa diləklərini yetirib.
Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanım adından təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ərdoğan Omikrona yoluxdu
Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü
Məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama