BAKI, 3 fevral - Sputnik. Hindistan ordusu Rusiyaya məxsus "Konkurs-M" tank əleyhinə idarə olunan raket komplekslərinin yeni partiyasını sifariş edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Bharat Dynamics Limited şirkətinin məlumatında deyilir.
“Bharat Dynamics Limited bu gün Hindistan ordusu üçün Konkurs-M-in istehsalı və tədarükünə dair 31,3 milyard rupi (418,7 milyon dollar) dəyərində müqavilə imzalayıb”, – şirkətdən bildiriblər.
Şirkət sifariş edilən komplekslərin sayını dəqiqləşdirməyib. Komplekslərin təhvil verilməsinin üç il ərzində başa çatdırılacağı güman edilir.
Tula Cihazqayırma konstruktor bürosunda hazırlanmış “Konkurs-M” tank əleyhinə raket kompleksi müasir zirehli texnikanın, möhkəmləndirilmiş atəş nöqtələrinin, alçaqdan uçan helikopterlərin və digər hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.
Silahın atəş məsafəsi 75 - 4000 metr arasında dəyişir.
Qeyd olunur ki, "Konkurs-M" sistemi Bharat Dynamics Limited tərəfindən Rusiyanın orijinal avadanlıq istehsalçısı ilə lisenziya müqaviləsi əsasında istehsal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya çoxməqsədli “Borey” və ”Yasen” sualtı qayıqları ilə sülhü möhkəmləndirir?