BAKI, 2 fevral — Sputnik. Azərbaycanda istehsal olunan "Made in Azerbaijan" brendinin məhsulları Azexport.az portalı vasitəsilə "Amazon" və "eBay" platformalarında beynəlxalq alıcılara təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, ilkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub. Bu platformalarda satış prosesinə ciddi nəzarət və yüksək keyfiyyət tələbi var.
Satışların əsasən İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsulların da bu portallara inteqrasiyası nəzərdə tutulub. Əməkdaşlıqda maraqlı olan sahibkarlar portala Azexport.az portalına müraciət edə bilərlər.
Qeyd edək ki, bundan əvvəl Azexport.az sözügedən platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətini təqdim edirdi.
Xatırladaq ki, 2021-ci ilin yanvarından fəaliyyət göstərən "Azexport" portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışıdır. Portal 15 beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub, fəaliyyətdə olduğu 5 il ərzində isə 145 ölkədən 2,72 milyard ABŞ dolları dəyərində sifariş qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: