CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhali yeni telekanallara baxmaq imkanı əldə edəcək

Azərbaycanda fəaliyyət göstərən bəzi internet televiziyaları kabel və İPTV operatorları vasitəsilə yayımlanmaq üçün MTRŞ-yə müraciət edib.
Sputnik
BAKI, 2 fevral — Sputnik. "Media haqqında" yeni qanun qəbul edildikdən sonra Azərbaycan əhalisi kabel və İPTV operatorları vasitəsilə yeni telekanallara baxmaq imkanı əldə edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov Trend-ə açıqlamasında bildirib. Azərbaycanda fəaliyyət göstərən bəzi internet televiziyaları kabel və İPTV operatorları vasitəsilə yayımlanmaq üçün MTRŞ-ə müraciət edib.
O qeyd edib ki, hazırkı qanunvericilikdə bu məsələ ilə bağlı boşluqlar var. "Çünki o zaman "Televiziya və radio yayımı haqqında" qanun qəbul ediləndə internet televiziyaları yox idi. "Media haqqında" qanunda isə bu məsələ öz əksini tapıb. Qanun qüvvəyə minərsə, internet televiziyaları platforma yayımçısı kimi müəyyən tələblərə əməl etməklə lisenziya alıb kabel və İPTV operatorların paketlərində yayımlana biləcəklər. Yəni, əhali həmin operatorlar vasitəsilə yeni kanallara baxmaq imkanı əldə edəcək.
AzerSpace
"Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları bu gündən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçib.
Bu, Milli Televiziya və Radio Şurası, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bəzi ağ-qara filmlərin rənglənməsi müəllifin fikrinə hörmətsizlikdir - Nazirlik rəsmisi
Yerli telekanallar HD formatda yayıma keçəcəkmi? - AÇIQLAMA