BAKI, 31 yanvar - Sputnik. 2021-ci ildə Türkiyədə ən çox istirahət edənlər Rusiya vtəndaşları olub. Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir ki, ümumilikdə ötən il Türkiyəni 4,6 milyondan çox rusiyalı ziyarət edib.
Ölkənin Turizm Nazirliyi bazar ertəsi verdiyiu məlumata görə, bu göztərici 2020-ci illə müqayisədə göstərici 120 faiz artıb.
"Turistlərin sayına görə ikinci və üçüncü yerləri Almaniya - üç milyondan çox, Ukrayna isə iki milyondan çox turistlə tutur. 2021-ci ildə ölkəyə 30,3 milyondan çox səyahətçi səfər edib ki, bu da 2020-ci illə müqayisədə 88 faiz artım deməkdir. Türkiyə Statistika Bürosunun bazar ertəsi açıqladığı hesabata görə, turizmdən əldə olunan gəlir 24,4 milyard dollardan çox olub", - deyə Türkiyə Turim Nazirliyinin məlumatında deyilir.
Qeyd bedək ki, ötən il Azərbaycana dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin payına düşür.
Onu da qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin mart ayından Bakıdan Rusiyanın Sankt-Peterburq şəhərinə uçuşları bərpa edəcək. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan bildirilib.
Məlumata görə, aviareyslər martın 17-dən həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
AZAL Leyla Rizayeva
© Photo : AZAL
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: