BAKI, 31 yanvar - Sputnik. ABŞ və Avropa İttifaqı Ukrayna ilə bağlı böhranın kəskinləşəcəyi təqdirdə Avropaya təbii qaz tədarükü üçün alternativ yollar üzərində işləyir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi deyib.
"Müdafiə Nazirliyi və ABŞ administrasiyası Rusiyanın Ukrayna münaqişəsində öz enerji resurslarından silah kimi istifadə edəcəyi təqdirdə alternativ enerji təchizatı variantlarını müzakirə etmək üçün dünya və region ölkələri ilə işləyir", - deyə Kirbi “Fox News” telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, rəsmi Moskva dəfələrlə Rusiyanın Avropaya qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərini həmişə qüsursuz yerinə yetirdiyini və onun etibarlılığına şübhə etməyə əsas olmadığını bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl deyib ki, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır. Onun sözlərinə görə, Rusiya istisna etmir ki, Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriya Kiyevin Donbasla bağlı Minsk razılaşmalarını sabotaj etmək xəttinin ört-basdır edilməsi məqsədini daşıyır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla doludur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: