Son sutkada 2,6 milyondan çox insan koronavirusa yoluxub

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (332 min 338 nəfər) Fransada və bu xəstəlikdən ən çox ölüm faktı (1127 nəfər) isə ABŞ-da qeydə alınıb.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,6 milyon nəfərdən çox olub.
Sputnik Azərbaycan pandemiyanın onlayn statistikasını aparan "worldometers.info" saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 653 min 676 nəfər yeni koronavirusa yoluxub, 7 min 671 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 372 milyon 924 min 584, ölənlər isə 5 milyon 675 min 413 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (332 min 338 nəfər) Fransada və bu xəstəlikdən ölüm faktı (1127 nəfər) isə ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (75,4 milyon), Hindistan (41 milyon), Braziliya (25,2 milyon), Fransa (18,8 milyon), Böyük Britaniya (16,4 milyon), Rusiya (11,6 milyon) və Türkiyədə (11,4 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.
ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İnfluenza uşaqlar üçün bu dərmanların tapılmamasına səbəb oldu
Uşaqları yayılan xəstəlikdən necə qoruyaq?
Dərman içmədən xəstəlikdən necə yaxa qurtara bilərik?