RUSİYA

Lavrov Rusiyanın NATO və ABŞ-dan tələblərini açıqladı

Bu gün biz Xarici İşlər Nazirliyi vasitəsilə Alyans və ATƏT ölkələrindəki həmkarlarımıza rəsmi sorğu göndəririk ki, onlar təhlükəsizliyiklə bağlı öhdəlikləri necə yerinə yetirmək niyyətində olduqlarını izah etsinlər.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Rusiya ABŞ-la normal, qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlər istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz ABŞ-la, eləcə də dünyanın istənilən ölkəsi ilə yaxşı, qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlər istəyirik. Rusiya prezidenti Vladimir Putin bu barədə 2021-ci ilin iyununda Cenevrədə keçirilən görüşdə ABŞ prezidenti Co Baydenə bildirib" - deyə Lavrov qeyd edib.
“Bu gün biz Xarici İşlər Nazirliyi vasitəsilə Alyans və ATƏT ölkələrindəki həmkarlarımıza rəsmi sorğu göndəririk ki, onlar təhlükəsizliyiklə bağlı öhdəlikləri necə yerinə yetirmək niyyətində olduqlarını izah etsinlər. Əgər belə bir niyyətləri yoxdursa, bunun səbəbini izah etsinlər. NATO və ATƏT-in cavabı gələcək təkliflərin müəyyənləşdirilməsində önəmli rolu oynayacaq və bu barədə Rusiya prezidenti Vladimir Putinə məlumat veriləcək", - deyə XİN rəhbəri əlavə edib.
Sergey Lavrov bildirib ki, Rusiya Qərbdən Moskvanın maraqlarının tam şəkildə nəzərə alınması ilə Avropa qitəsində təhlükəsizliyi təmin edəcək zəmanətlər tələb edir.
Moskva Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməyəcəyi, Ukraynanın bloka qoşulmayacağı və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina edilməsi ilə bağlı hüquqi təminat tələb edir.
Təkliflərdə həmçinin NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropadakı alyans qüvvələrinin 1997-ci ildəki mövqelərə qaytarılması ilə bağlı bənd də var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya müharibə istəmir - Patruşev
Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər
Zelenski Lavrov tərəfindən Rusiya Federasiyasına dəvət edildi