BAKI, 30 yanvar - Sputnik. Azərbaycan qarüstü polo üzrə "Land of Fire" İsveçrənin Sankt-Morits şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
Bu barədə Sputnik Azərbaycan-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bu gün keçirilən həlledici görüşdə Fransanın “Clinique La Prairie” komandasına 6:2 hesabı ilə qalib gələn Azərbaycan komandası ilk dəfə sözügedən turnirin qalibi olub.
Qeyd edək ki, yanvarın 27-dən start götürən qarüstü polo üzrə 37-ci Dünya Kubokunda 6 komanda iştirak edib.
“Land of Fire” komandası ilk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: