DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın hakim partiyasının prezidentliyə namizədinin adı məlum oldu

Ötən bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib.
Sputnik
BAKI, 30 yanvar - Sputnik. Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası ölkə prezidentliyi vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə Sputnik Armenia məlumat yayıb.
Qeyd edək ki, ötən bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib.
"Prezident ölkə və millət üçün hazırkı çətin durumda daxili və xarici siyasətə təsir etmək üçün lazımi alətlərə malik deyil", - Sarkisyan bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi, PA rəhbərini də göndərdi
Ermənistan prezidentsiz qaldı, indi necə olacaq?
Prezidentin gözlənilməz istefası - Ermənistan Azərbaycana güzəştlərə hazırlaşır?