DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Conson diplomatları Moskvaya göndərir

Boris Conson diplomatlara rusiyalı həmkarları ilə danışıqlar aparmaq üçün qarşıdakı günlərdə Moskvaya səfərə hazırlaşmağı tapşırıb.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Böyük Britaniyanın dövlət katibi Liz Truss və müdafiə naziri Ben Uolles Rusiyaya qarşıdakı səfərləri zamanı Londonun Moskva ilə münasibətlərini yaxşılaşdırmalıdır. Sputnik Azərbaycan "TASS"a istinadla xəbər verir ki, bu barədə Baş nazir Boris Consonun ofisinin yaydığı bəyanatda bildirib.
Qeyd olunub ki, Conson diplomatlara rusiyalı həmkarları ilə danışıqlar aparmaq üçün qarşıdakı günlərdə Moskvaya səfərə hazırlaşmağı tapşırıb. Onlara Rusiya prezidenti Vladimir Putinin hökuməti ilə münasibətləri yaxşılaşdırmaq və deeskalasiyaya nail olmaq tapşırılıb.
Bundan başqa Baş nazirin ofisi həmçinin bildirib ki, Baş nazir Conson gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı keçirəcək və onunla Ukrayna üzrə siyasi dialoqun davam etdirilməsiylə bağlı müzakirələr aparacaq.
Təhlükəsizlik zəmanətləri
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Lavrov Rusiyanın NATO və ABŞ-dan tələblərini açıqladı
Rusiya müharibə istəmir - Patruşev
Rusiya-Ukrayna görüşü Bakıda keçirilə bilər
Zelenski Lavrov tərəfindən Rusiya Federasiyasına dəvət edildi