BAKI, 29 yanvar - Sputnik. Azərbaycanlı qılıncoynadan Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.
Azərbaycan millisinin lideri reytinqi yüksək olduğunu görə turnirə qrup mərhələsindən deyil, pley-offdan qatılıb.
Pley-offun birinci dövrəsində Başta Anastasiya Şorokovaya (Rusiya, 15:9), Yulika Funkenə (Almaniya, 15:11), En-Elizabet Stouna (ABŞ, 15:9), Misaki Emuraya (Yaponiya, 15:11) qalib gəlib.
Yarımfinalda Azərbaycan təmsilçisi italyan Rossela Qreqorionu 15:13, finalda isə fransız Manon Brunetini 15:10 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Anna Başta üçün bu, 2022-ci ildə beynəlxalq turnirdə ilk qələbədir. Ötən il isə o, Tokio Yay Olimpiya Oyunlarının mükafatçıları sırasına düşə bilməmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.