BAKI, 28 yanvar — Sputnik. Bu il inflyasiya hədəf diapazonunun yuxarı həddində olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapazonunun mərkəzinə qayıdacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9% səviyyəsində müəyyən edilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsi 0,25% artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: