DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden ABŞ-da rekord inflyasiyanı "böyük aktiv" adlandırıb

ABŞ Mərkəzi Bankı mart ayında müntəzəm faiz artımı dövrünə başlamaq yolundadır. FES-in vəzifəsi faiz dərəcələrini artırmaq, ancaq tənəzzül və işsizliyin artmasının qarşısını almaq olacaq.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Co Bayden ABŞ-da yeddi faizə çatan rekord inflyasiyanı böyük aktiv hesab edib. Bu barədə "The Wall Street Journal"ı qeyd edib.
"Fox News"un jurnalisti Piter Dusi Rəqabət Şurasının iclasından əvvəl keçirdiyi brifinqdə ABŞ liderindən aralıq seçkilər ərəfəsində qiymət artımlarına "siyasi yük" kimi baxıb-baxmadığını soruşub.
"Bu, böyük bir aktivdir! Daha çox inflyasiya!", – deyə Bayden cavab verərək daha sonra media əməkdaşını təhqir edib.
ABŞ-da inflyasiya səviyyəsi son 40 ildə rekord həddə çatıb: 1982-ci ilin iyun ayının nəticələrinə görə, bu, 7,2% təşkil edib. Ölkədə daşınmaz əmlak, şəxsi nəqliyyat və ərzaq məhsulları bahalaşıb. Koronavirus pandemiyası, Konqres və Federal Ehtiyat Sistemi (FES) tərəfindən vəsaitlərin daxil olması, həmçinin istehsalat tədarük zəncirindəki qarışıqlıqlar fonunda iqtisadi canlanma templəri sürətləndi. Agentliyin rəhbəri Cerom Pauell noyabr ayında yüksək inflyasiyanı müvəqqəti adlandırmağı dayandırmağın vaxtı çatdığını etiraf etdi.
ABŞ Mərkəzi Bankı mart ayında müntəzəm faiz artımı dövrünə başlamaq yolundadır. FES-in vəzifəsi faiz dərəcələrini artırmaq, ancaq tənəzzül və işsizliyin artmasının qarşısını almaq olacaq.
KİV-in məlumatına görə, Bayden özü də onu və Demokrat Partiyasını qiymətləri artırmaqda ittiham edən seçiciləri tərəfindən inflyasiyanın siyasi nəticələri ilə üzləşəcək. ABŞ-da Konqresə aralıq seçkiləri noyabrda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
NATO Ukraynada qoşun yerləşdirməyəcək - Baş katib
Avropa Rusiyanı necə cəzalandıracağına qərar verə bilmir
Rusiya ilə NATO gərginliyi: neytrallıq niyə çətin görünür?