İQTİSADİYYAT

Əziyyəti eyni, gəliri isə bir neçə dəfə çox - FOTO

Fermer bildirir ki, ətraf kəndlərdən və rayonlardan onun saxladığı xüsusi təsərrüfatla maraqlanan çoxdur.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Xüsusi xırda buynuzlu heyvan təsərrüfatı quran tovuzlu fermer işini gəlirli biznesə çevirə bilib. O, fermasında yalnız “qaradolaq” cinslərini bəsləyərək yerli heyvanlara nisbətən 2-3 dəfə çox gəlir əldə edir.
Söhbət Tovuzun Dönük Qırıqlı kəndindən olan Fərhad Məmmədovdan gedir. Fermer artıq 13 ildir ki, “qaradolaq” qoyun cinsindən olan heyvanların biznesi ilə məşğul olduğunu deyir:
"Bu cinsi Ağcabədinin Qaradolaq kəndindən alıb gətirmişdim. Alanda 20 dənə idi, hazırda 150 başa çatır. Ehtiyac olanda satıram, özümüz ətindən istifadə edirik. Bu qoyunların digərlərindən fərqi ondadır ki, yerli heyvanlarımız 15 kilo ət verəndə bunlar 30 kilo verir".
1 / 3

Xüsusi xırda buynuzlu heyvan təsərrüfatı

2 / 3

Xüsusi xırda buynuzlu heyvan təsərrüfatı

3 / 3

Xüsusi xırda buynuzlu heyvan təsərrüfatı

Fermer bildirir ki, bu qoyunlar özünün məhsuldar, ətlik cins olması ilə seçilir. O səbəbdən bu cins yerli qoyun cinslərindən 2-3 dəfə artıq gəlirlidir. Fermer bir qoyundan il ərzində 3 bala götürdüyünü söyləyib.
"Bunların toğlusu yaş yarımında 45-50 kiloqram ət verir. Həm də faydalıdır. Təzyiq və şəkər xəstələri adətən xırdabuynuzlu heyvanların ətindən yeməyə çəkinirlər. Lakin bu cinsin əti onlarda narahatlıq yaratmır. Yerli heyvanlar ildə bir dəfə bala verəndə bunlar ildə iki dəfə, bəzən hər ikisində əkiz doğurlar. Buna görə də ətraf kəndlərdən və rayonlardan da gəlib maraqlanıb almaq istəyirlər. Təsərrüfatlarında bu cinsə üstünlük vermək istəyənlər çoxdur”, - fermer bildirib.
Xüsusi xırda buynuzlu heyvan təsərrüfatı
Təsərrüfat sahibi hazırda qoyunların, demək olar, 90%-dən quzu alıb. Yeni dünyaya gələn bu quzular ətlik kimi yaz aylarında satışa çıxarılacaq. Çünki ilin bu dövründə doğulan quzu artıq yazın sonlarında satış üçün lazımi çəkidə olur. Qaradolaq qoyunlarının bir üstün cəhəti də onların kökəlməyə meylli olmasıdır. Belə ki, kökəltmə şəraitində iki yaşlı erkək qoyunun 100-110 kiloqram əti olur.
Eləcə də oxuyun:
* Kəndlilər torpaq sahələrini necə suvarır? Nazirlik su probleminin həllini açıqladı
* Yeni il süfrəsinin bəzəyi - hind toyuğu daha da bahalaşacaq?
* İstixanalar sökülüb satılır - Fermerlər həyəcan təbili çalır