İQTİSADİYYAT

Pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət

Vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı var, 25 il və daha çox sığorta stajı var, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov danışıb. O bildirib ki, bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir:
"Lakin bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur".
O bildirib ki, vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı var, 25 il və daha çox sığorta stajı var, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər: "Ona pensiyaya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək".
M.Məmmədov vurğulayıb ki, ötən il ərizində 18 min nəfərin pensiyası əskik ödənilib. Bu da illik 6 milyon manata yaxın vəsait deməkdir:
“Vətəndaşın xəbəri olmadan pensiya yenidən hesablanaraq həmin əskik məbləğ kartlara köçürülüb”.
Qeyd edək ki, hazırkı vəziyyətdə Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq.
Bu barədə millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən həm əmək pensiyaları həm də pensiya kapitalı indeksasiya olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə ödənilən vəsaitin məbləği açıqlanıb
Pensyalara nə qədər pul xərclənir? Nazirlik açıqladı
Pensiyalar artırılacaq - ŞAD XƏBƏR