BAKI, 16 yanvar — Sputnik. "Qarabağ" klubu bu günlərdə növbəti transferini açıqlayıb.
Sputnik Azərbaycan Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" Leandro Andrade ilə müqavilə imzalayıb.
Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın "Çerno More" klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade komandada 15 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.
Ötən il "Qarabağ" Ukraynanın "Minay" klubun Rüstəm Əhmədzadəni transfer etmişdi. Ondan əvvəl isə "Qarabağ" klubu La Liqa təmsilçisi "Leqanes"in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlamışdı.