BAKI, 14 yanvar — Sputnik. Qərb ölkələri hadisələrin neqativ inkişafına yardım edir, dünyada münaqişə potensialı artır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Vəziyyət yaxşılaşmır, münaqişə potensialı artır. Qərbli həmkarlar hadisələrin bu cür neqativ hal almasına qəti şəkildə töhfə verir, BMT Nizamnaməsinə əsaslanan beynəlxalq münasibətlərin arxitekturasını sarsıtmaq kursu götürür, beynəlxalq hüququ öz qaydaları ilə əvəz etmək xəttini davam etdirirlər", - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri, həmçinin qeyd edib ki, NATO süni şəkildə Ukrayna və Skandinaviya ölkələrini öz sıralarına cəlb edir.
Lavrov həmçinin qeyd edib ki, Rusiya hadisələrin istənilən növ inkişafına hazırlaşır, lakin Rusiya ABŞ və NATO təhlükəsizlik zəmanəti ilə bağlı cavab gözləyir: "Əgər Qərb təhlükəsizlik üzrə Rusiyanın təklifindən imtina etsə, Moskva vəziyyəti dəyərləndirəcək, bütün faktorları nəzərə almaqla qərar qəbul edəcək: "Bu təqdirdə Rusiyanın cavabının hə olacağına dair mülahizələr irəli sürmək qeyri-məhsuldardır".
O həmçinin qeyd edib ki, Qərb təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda əsas məsuliyyəti öz üzərindən atmağa çalışır: "Rusiya Federasiyası sonsuza qədər Qərbdən dəyişikliklər, yaxud vədlər gözləməyəcək, biz təhlükəsizliyimizi necə təmin edəcəyimizi bilirik və bacarırıq".
Eləcə də oxuyun: