BAKI, 13 yanvar — Sputnik. Hadisə İsmayıllı rayonun Quşencə kəndində baş verib. Belə ki, kənd sakini Sovetxan Muradəliyevə məxsus ikimərtəbəli evdə yanğın olub. Sputnik Azərbaycan-ın
Ümumi sahəsi 320 kvadratmetr olan 5 otaqlı, aynabəndli evdə yanar konstruksiyalar və dam örtüyü tamamilə yanıb.
Hadisə yerinə FHN-in İsmayıllı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub.
Alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın söndürüldükdən sonra evdən Ruhəngiz Muradəliyevanın meyiti aşkar edilib.
Yanıq xəsarətləri alan ev sahibi Sovet Muradəliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
Həmçinin oxuyun: