BAKI, 12 yanvar — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.
Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.
Xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı olub. Ondan sonra qısa müddətdə bu vəzifədə general-mayor Mixail Kosobokov təyin edilib.
Daha sonra bu vəzifəni general-leytenant Gennadi Anaşkin icra edib. Andrey Volkov 2020-ci ilin 10 noyabrından etibarən bu vəzifəyə təyin olunan dördüncü şəxsdir.
Həmçinin oxuyun:
Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib
Sülhməramlıların komandanı yenə dəyişdi