CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya niyə azdır? Dövlət qurumu artım qaydasını açıqlayır

Yaxınlarda ƏƏSMN hərbi qulluqçuların pensiyasının azaldılmasına dair iddialara da münasibət bildirmişdi.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Dövlət Sosial Müdafiə Fondu bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Fonddan "Report"a bildirilib ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.
Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir, onların pensiyaları isə yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir.
Pensiyaların cari ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq.
Həmin artım tətbiq olunduqda onun barəsində məlumat veriləcək.
Qeyd edək ki, yaxınlarda ƏƏSMN hərbi qulluqçuların pensiyasının azaldılmasına dair iddialara da münasibət bildirmişdi.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov qeyd etmişdi ki, hərbi qulluqçuların təqaüdlərinin onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır.
Eləcə də oxuyun:
* "Pensiya amnistiyası" - Minimum pensiya kapitalına ehtiyac qalmır
* Nura Suri: "Pensiya ilə yaşayan insanlara Allah kömək olsun"
* Nazirlik hərbçilərin pensiyalarının azaldılmasına dair iddialara münasibət bildirib