VİDEO

Gələcəyin stomatoloqu bormaşınla zinət əşyaları yaradır

Artıq üç ildir ki, İrkutskdan olan gələcək stomatoloq Ruslan İşmuxametov əlavə pul qazanmaq üçün ağacdan, epoksid qətranından zinət əşyaları yaradır. Ətraflı - videomuzda.
Sputnik
Gənc oğlan zərgərlik işi ilə üç il əvvəl maraqlanmağa başlayıb. Daha sonra təcrübəsi və ixtisas biliyi olmadığından stomatologiyada assistent kimi işə düzələ bilməsə də, sosial şəbəkədə zərgərlik emalatxanasının elanını görüb və özünü bu sahədə sınamaq qərarına gəlib.
Ruslan zərgərlik məmulatları hazırlamağının hobbi və müvəqqəti qazancı olduğunu vurğulayıb. Əslində, Ruslan uşaqlıqdan diş həkimi olmaq istəyir və arzusundan vaz keçmək fikrində deyil. O, ağacla dişi müqayisə edərək, bəzi oxşarlıqlarını vurğulayıb.
Ruslan müsahibəsində bildirib ki, diş ağaca çox bənzəyir:
"Məsələn, liflərin istiqaməti. Dişdə də liflər var. Onun minası kiçik prizmalardan ibarətdir və bu prizmalar ağac lifləri kimidir. Onlar da uzununa və köndələn yerləşir. Bunu dişlərin nazik kəsiklərində görmək olar”.
Həmçinin oxuyun:
Gənc rəssam qeyri-adi texnika ilə eyni vaxtda bir neçə portret yaradır
Stilist Anar Ağakişiyev: Bu rənglər yenidən dəbə qayıdacaq
Qeyri-adi tərzi ilə təəccübləndirən 94 yaşlı Zülfüqar baba