İDMAN

Dəqiqə ərzində neçə milyon dollar qazanmaq olur?

Elə bir idmançı var ki, o, 1 milyon dollar qazanmaq üçün cəmi 7 saniyə sərf edib.
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Məşhur idmançıların bir dəqiqə ərzində nə qədər pul qazandıqlarını Olbg portalı hesablayıb. Araşdırma nəticəsini Sporf dərc edib.
Bu göstərici üzrə lider qarışıq döyüş növləri (MMA) ilə məşğul olan irlandiyalı Konor Makqreqor olub. 2021-ci ildə Absolyut Döyüş Çempionatında (UFC) o, iki döyüş keçirib. İrlandiyalı amerikalı Dastin Poryeyə bunların hər birində uduzub.
Ümumilikdə 33 yaşlı idmançı oktaqonda cəmi üç dəqiqə keçirib. Bu müddət ərzində Konor 22 milyon dollar qazanıb. Dəqiqə ərzində onun qazancı 8.69 milyon dollar olub. 1 milyon dollar qazanmaq üçün idmançıya cəmi 7 saniyə gərək olub.
Reytinqin ikincisi meksikalı boksçu Saul Alvaresdir. O, bir dəqiqə ərzində 444 min dollar qazanıb.
Üçlüyü amerika futbolu oyunçusu, kvoterbek Dak Preskott qapayır. O, bir dəqiqə ərzində 325 min dollar qazanıb.
2021-ci ilin sonunda "Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarının adlarını açıqlamışdı. Konor orada da siyahıya başçılıq edirdi:
1. Konor Makqreqor - 180 milyon dollar
2. Lionel Messi - 130 milyon dollar
3. Kriştianu Ronaldu - 120 milyon dollar
4. Dak Preskott (Amerika futbolu) - 107,5 milyon dollar
5. Lebroin Ceyms (basketbol) - 96,5 milyon dollar
6. Neymar (PSJ, Fransa) - 95 milyon
7. Rocer Federer (tennis) - 90 milyon dollar
8. Lüis Hemilton (Formula 1) - 82 milyon dollar
9. Tom Bredi (Amerika futbolu) - 76 milyon dollar
10. Kevin Dürant (basketbol) - 75 milyon dollar.