BAKI, 9 yanvar - Sputnik. Gəncə şəhərində gənc oğlan özünü asaraq intihar edib. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Qeyd edək ki, bu gün Gəncə şəhərində 62 yaşlı kişi də özünü asaraq intihar edib. Hadisə şəhərin Məhsəti qəsəbəsi, 8-cı küçədəki evlərin birində qeydə alınıb.
Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Allahverdi Budaq oğlu Xanəhmədov özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Həmçinin oxuyun: