BAKI, 7 yanvar — Sputnik. Yanvarın 12-də, saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, fevralın II yarısında sorğuların qəbulunun aktiv edilməsi planlaşdırılır.
Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Xatırladaq ki, ötən ilin noyabrın 10-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilmişdi.
Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Həmçinin oxuyun: