CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özəl telekanalların hesabına milyonlarla vəsait köçürülüb

Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək məqsədilə 4.000.000,00 manat vəsait səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Milli Televiziya və Radio Şurasına hesabat ilində illik plana əsasən Dövlət büdcəsindən 1.659.538,50 (Bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, MTRŞ-nin 2021-ci il üzrə maliyyə hesabatında göstərilib.
Qeyd olunub ki, 2021-ci il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılmış və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.
Həmçinin oxuyun:
Azərbaycan televiziya və radio yayım məkanının bir ili
Əli İsa Cabbarov: "Prodüser bir çamadan pulu olan yox, ideyası olan adamdır"
Media haqqında qanun keçdi - təklifləri nəzərə aldılarmı?