AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ekoloji təmiz avtomobillərlə bağlı qərar qəbul edildi

Yol xəritəsi ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi üzrə 4 tematik sahədə ümumilikdə 25 tədbirin icrasını nəzərdə tutulur
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi" Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiq edilib.
Sputnik Azərabcyan-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, yol xəritəsi ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi üzrə 4 tematik sahədə - "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillərin və qiymətləndirmələrin aparılması", "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması", "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunması" və "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılması" məqsədilə, ümumilikdə 25 tədbirin icrasını nəzərdə tutur.
"Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür (https://azranking.az/action- plans).
Qeyd edək ki, adıçəkilən Yol Xəritəsi Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən 5-ci Milli Prioritetə (təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi) uyğun olaraq, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun tərkibində xüsusi olaraq yaradılmış altqrupun üzvlərinin məhsuldar və geniş müzakirələri, ətraflı təhlilləri nəticəsində özəl sektorun nümayəndələrinin yaxından iştirakı ilə hazırlanıb.
Həmçinin oxuyun:
Yerüstü piyada keçidlərində problem nədir - VİDEO
Bu il hansı maşınlar ucuzlaşacaq? Deputat hibrid avtomobillərin idxalı barədə - VİDEO
Azərbaycanda hibrid avtomobillərə tələbat artır
Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır