DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat

Qazaxıstanın Azərbaycandakı səfirliyi hansı şəhərlərdə gərginlik olduğu və orada yaşayan azərbaycanlılar haqda məlumat verib.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. "Qazaxıstandakı etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarına ziyan dəyməsi barədə hər hansı məlumat gəlməyib".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Almatı, Aktau, Aktobe şəhərlərində vəziyyətin hələ də gərgin olduğu, paytaxt Nur-Sultan şəhərində isə nümayiş və mitinq keçirilmədiyi, vəziyyətin sabit olduğu diqqətə çatdırılıb.
Səfirlik həmçinin Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına izdihamlı yerlərdən uzaq durmağı, evdən çıxmamağı, lazımi təhlükəsizlik tədbirlərinə əməl etməyi də tövsiyə edib.
Bununla yanaşı, səfirlik mövcud vəziyyətin Qazaxıstandakı azərbaycanlı diaspor rəhbərləri ilə müzakirə etdiklərini bildirib.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.
Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Həmçinin bildirək ki, Qazaxıstan saytlarına xarici ölkələrdən giriş məhdudlaşdırılıb. Məlumat verilir ki, internet kəsilib.
Eləcə də oxuyun:
* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar
* Qazaxıstan prezidenti qazın qiymət artımına qarşı çıxan xalqa müraciət edib