BAKI, 5 yanvar — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə yaranan vəziyyətə görə günahkar olan şəxsləri açıqlayıb. Sputnik Azərbaycan Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, prezident sosial-iqtisadi vəziyyətə dair məsələlərlə bağlı müşavirə keçirib.
Ölkədə yaranan ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətdən danışan prezident qeyd edib ki, maye qazın qiymətlərinin artırılması ilə bağlı vəziyyətin gərginləşməsində hökumət, xüsusi ilə Energetika Nazirliyi, "Kazmunayqaz" və "Kazakqaz" şirkətləri günahkardırlar.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.
Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Həmçinin bildirək ki, Qazaxıstan saytlarına xarici ölkələrdən giriş məhdudlaşdırılıb. Məlumat verilir ki, internet kəsilib.
Həmçinin oxuyun:
Eləcə də oxuyun:
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar