BAKI, 4 yanvar - Sputnik. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə koronavirusa yoluxma hallarının qeydə alınmamasına görə Rusiya istehsalı olan vaksinlərə borclu olduqlarını deyib.
Bu barədə Türkmənistan Prezidenti MDB dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-formal sammitində çıxışı zamanı bildirib.
“Türkmənistanda indiyə qədər bu pandemiya qeydə alınmayıb və mən demək istəyirəm ki, bu, Rusiya Federasiyasının sayəsində belədir. Biz “Sputnik V” və “EpiVakKorona” vaksinlərini qeydiyyata alan ilk ölkələrdən olduq”, - Q. Berdiməhəmmədov qeyd edib.
Q. Berdiməhəmmədov Rusiyanın bakteriologiya və virusologiya sahəsində metodiki yardım göstərməsinə ehtiyac duyduqlarını vurğulayıb.
"Sputnik V" vaksini nəyə qadirdir?
Dünyada ilk qeydiyyata alınan “Sputnik V” vaksini Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzində yaradılıb.
Mərkəzin professoru Anatoli Altşteyn bu yaxınlarda qeyd edib ki, əgər məsələyə elmi nöqteyi-nəzərdən yanaşılsa, Rusiyanın “Sputnik V” vaksini bütün göstəricilərinə görə Aİ-də kütləvi tətbiq olunan “AstraZeneca” və “Johnson & Johnson” şirkətlərinin peyvəndlərinə daha yaxındır. Ancaq "Sputnik V" onlardan daha üstündür.
Ötən ilin may ayında Rusiyada birdozalı “Sputnik Layt” vaksini təsdiq edilib. Onun simptomatik COVID-in dəf olunmasında effektivlik səviyyəsi, istehsalçıların dediyinə görə, 79.4% təşkil edir. Dünyanın ən prestijli elmi jurnalı olan “Nature”da bildirilirdi ki, Argentinanın Səhiyyə Nazirliyi “Sputnik Layt”ın klinik sınaqlarını 60-79 yaş arasında 40 min vaksin olunmuş və 146 min vaksin olunmamış insanın iştirakı ilə keçirib. Sınaqların nəticələri hələ rəsmən elan olunmayıb, ancaq məlumdur ki, vaksinin bir dozası simptomatik infeksiya riskini 78.6%, hospitalizasiya riskini 87.6%, ölüm riskini isə 87.7% azaldır.
Həmçinin oxuyun: