DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə aviaşirkəti Yerevana reys açmaq üçün Ermənistana müraciət edib

“Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
Sputnik Ermənistan xəbər verir ki, şirkət müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.
Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.
Qeyd edək ki, bu yaxınlarda Milli Məclisin iclasında deputatlar AZAL-ın təyyarə biletlərini baha qiymətə satmasına etiraz ediblər.
Deputat Aqil Abbas AZAL-ın təyyarə biletlərini baha satmasına irad bildirərək deyib:
"AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum".
Həmçinin oxuyun:
Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olur
Türkiyədə "Pegasus"un pilotu həbs edildi
Türkiyə dünyadan təcrid olunur – Uçuşlar dayandırılır