BAKI, 3 yanvar — Sputnik. Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb. Yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev liderliyə yüksəlib.
Təmsilçimiz 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb. Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Qeyd edək ki, bu gün İtaliyada da şahmat festivalı start götürüb.
Azərtac-ın xəbərinə görə, yarışın ən güclü A turnirində Azərbaycanın iki şahmatçısı – Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparırlar. Təmsilçilərimiz yarışa qələbə ilə başlayıblar. Belə ki, hər iki şahmatçımız birinci turda qalib olaraq aktivlərinə 1 xal yazdırıblar.
A turnirində 30-u qrossmeyster olmaqla 124 şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.