BAKI, 3 yanvar — Sputnik. Göyçay sakini ov tüfəngindən özünə xəsarət yetirib. Sputnik azərbaycan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 2-də Mırtı kəndində B.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olan "İJ" markalı ov tüfəngi götürülüb. B.Muradov xəstəxanaya yerləşdirilib.
İmişlidə isə ata oğluna ov tüfənginin qundağı ilə xəsarət yetirib.
Bildirilib ki, Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Y.Rüstəmovdan müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngi götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun: