RUSİYA

Rusiya vaksininin ÜST tərəfindən tanınacağı vaxt açıqlandı

Bu ilin dekabrında ÜST-dən bildirilib ki, yeni ilin ilk rübündə Rusiya vaksinini tanıya bilərlər.
Sputnik
BAKI, 2 yanvar — Sputnik. Moskva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya peyvəndi Sputnik V-ni tanıması məsələsində ümidverici siqnallar görür, lakin onları daha çox arxayınlaşdırıcı hesab edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Panin bildirib.

"Mən ümidverici sinqallar görürəm, lakin mənim fikrimcə Rusiya ilə bağlı müəyyən bir yanaşma var. Düşünürəm ki, ilin birinci rübündə, birinci yarım ildə "Sputnik V" təsdiqlənəcək", - deyə Panin qeyd edib.

Bu ilin dekabrında ÜST-dən bildirilib ki, yeni ilin ilk rübündə Rusiya vaksinini tanıya bilərlər. Bu ilin yanvarında texnoloji prosesləri yoxlamaq üçün Rusiya qurumun nümayəndələri gəlməlidir.
Xatırladaq ki, Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Gintsburq "Sputnik V" ilə peyvənd və altı aydan sonra eynikomponentli "Sputnik Light" preparatı ilə təkrar peyvənd olunmaq "omikron" ştammına qarşı tam qorunmanı təmin edəcəyini vurğulayıb.
Bu yaxınlarda Ümüdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirusun "omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.
Həmçinin oxuyun:
"Omikron" ştammına qarşı peyvənd hazırlanır
ÜST-dən milad bayramı ilə bağlı təklif
"Omikron"un bu simptomu özünü gecələr göstərir
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər