BAKI, 2 yanvar — Sputnik. Qırğızıstanın İssık-Kul vilayətindəki Karakol şəhəri 2022-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtıdır.
Sputnik Azərbaycan Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı qərar ötən ilin sonunda "Düşənbə-MDB-nin mədəniyyət paytaxtı-2021" ilinin bağlanış mərasimində elan edilib.
Qeyd olunub ki, bu il ərzində Karakol şəhərində MDB-nin mədəni həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Karakol şəhəri Qırğızıstanın İssık-Kul vilayətinin mərkəzidir. Avtomobil yolları qovşağıdır.Yeyinti və yünkül sənayesi var. Tikinti materialları istehsal olunduğu şəhərin əsası 1869-cu ildə qoyulub.
Həmçinin oxuyun:
Moskvada Cənubi Qafqazla bağlı iclas: formatın bir üzvü gəlməkdən imtina edib